Millimizin üzvündən komandasına maddi dəstək

Millimizin üzvündən komandasına maddi dəstək
XƏBƏR 2 Aprel 2020 / 10:38 1607
-  A +

Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge”də oyunçular və məşqçi heyəti komandaya maddi dəstək olacaqlar.

Qol.az klubun saytına istinadən xəbər verir ki, onlar Aue təmsilçisinə koronavirusla əlaqadər yaranan böhrana görə dəstək olmağa razılıq veriblər.

Xəbərdə Almaniyada çıxış məhdudiyyəti olduğu üçün legioner futbolçuların evdə qaldığı da vurğulanıb. Komandanın isə yaxın vaxtlarda məşqlərin bərpa etməyəcəyi bildirilib.

Qeyd edək ki, Almaniyada liqalar koronavirus səbəbindən aprelin 30-na qədər təxirə salınıb.


Son xəbərlər