"Çempionatlar bu mövsüm yekunlaşdırılsın!" - UEFA-dan tələb

"Çempionatlar bu mövsüm yekunlaşdırılsın!" - UEFA-dan tələb
XƏBƏR 1 Aprel 2020 / 18:29 2918
-  A +

UEFA koronavirus pandemiyası ilə əlaqədar bu mövsümün taleyi ilə bağlı quruma üzv olan 55 assossiasiyanın baş katibi ilə video-konfrans keçirib.

Qol.az "AS" istinadən xəbər verir ki, konfransda bir sıra qərarlar qəbul edilib. UEFA milli çempionatlarda bu mövsümün başa çatdırılmasını tələb edib. Bildirilib ki, bu, gələn mövsümün qısaldılması sayəsində də ola bilər. UEFA-nın bu mövsümü xilas etmək üçün bütün federasiyalara kömək etmək niyyətində olduğu vurğulanıb.

Xəbərdə o da qeyd olunub ki, milli federasiyalar bu mövsümün davam və ya bitməsi qərarını müstəqil olaraq verə bilər. Yeganə şərt isə bütün ölkələrin qərar haqda müəyyən olunmuş vaxta kimi UEFA-ya xəbərdarlıq etməsidir. Federasiyalar eyni zamanda  avrokuboklarda hansı komandaların oynayacaqlarını bildirməlidirlər.


Son xəbərlər