"Real"ın futbolçusu ağır zədədən bərpa oldu

"Real"ın futbolçusu ağır zədədən bərpa oldu
XƏBƏR 31 Mart 2020 / 14:32 1955
-  A +

"Real"ın futbolçusu Marko Asensio ağır zədədən bərpa olub.

Qol.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Onun komanda ilə ümumi məşqlərə başlamağa hazır olduğu bildirilib.

Qeyd edək ki, M.Asensio ötən ilin iyulunda sol dizinin ön çarpaz bağlarının qopduğu üçün əməliyyat olunmuşdu. 24 yaşlı yarımmüdafiəçi həmin vaxtdan matçlardan iştirak etmir.

Daha çox


Son xəbərlər