Hamını evdə oturmağa çağırdı - Özü kef çəkməyə getdi

Hamını evdə oturmağa çağırdı -  Özü kef çəkməyə getdi
XƏBƏR 30 Mart 2020 / 11:28 2376
-  A +

“Aston Villa”nın kapitanı Cek Kriliş karantin qaydalarını pozub.

Qol.az “The Sun”a istinadən xəbər verir ki, o, yol qəzası törədib. Bundan daha əvvəl isə sosial şəbəkədə azarkeşlərə müraciət edərək onları evdə qalmağa çağırıb.

Sonra isə dostu Ross Makkormakın evində təşkil etdiyi partiyə gedib. Makkormakın qonşularının dediyinə görə, əyləncə mərasimi bütün gecə davam edib.

Qriliş səhər saat 8-də evidə qayıdıb. O, 150 metr getdikdən sonra dəyəri 90 min avro olan “Range Rover” maşını ilə parkovkada olan bir neçə avtomobili əzib. Futbolçu maşının sahiblərinə dəymiş zərəri ödəyəcəyini vəd edib.





Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı