"Maradona 5 il inanılmaz futbol oynayıb, Messi 15 ildir bunu edir"

"Maradona 5 il inanılmaz futbol oynayıb, Messi 15 ildir bunu edir"
XƏBƏR 30 Mart 2020 / 01:10 4203
-  A +

İtaliya millisinin sabiq üzvü Antonio Kassano Dieqo Maradona və Lieonel Messini müqayisə edib.

Qol.az “Football İtalia”ya istinadən xəbər verir ki, veteran hücumçu argetinalılardan “Barselona”nın kapitanının daha üstün olduğunu bildirib:

“Maradona 4-5 il ərzində inanılmaz bir şey edib, amma Messi 15 ildir bu işi görür. Bu müddət 710 qol vurub, 300 qola ötürməsi edib. Messi meydandadırsa, onun komandası artıq 1:0 öndədir. Maradona fanatları bununla barışmalıdır”.

Qeyd edək ki, Messi bu mövsüm “Barsa”nın heyətində 22 oyuna 19 qo vurub, 12 qol ötürməsi edib.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı