İtaliya A Seriyası yenidən təxirə salınır

İtaliya A Seriyası yenidən təxirə salınır
DÜNYA FUTBOLU 29 Mart 2020 / 22:10 2470
-  A +

İtaliya A Seriyasının oyunlarının bərpa müddəti koronavirus pandemiyasına görə uzadılacaq.
 
Qol.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında ölkənin idman naziri Vinçentso Spadafora bildirib. Onun sözlərinə görə, çempionat təxirə salındığı vaxtda - mayın 3-də başlamayacaq.

Nazir liqaların bərpa müddətini uzatmaq üçün İtaliya hökumətinə müraciət ediləcəyini bildirib: "A Seriyasını mayın 3-də başlatmaq real plan deyil. İdman sadəcə, futbol deyil, futbol da A Seriyasından ibarət deyil. Bütün idman tədbirlərinin növbəti dəfə təxirə salınması ilə bağlı təklif irəli sürəcəyəm".
 
Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb. 26 turdan sonra turnir cədvəlinə 63 xalla "Yuventus" başçılıq edir.
 

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın