Futzal Federasiyasının sabiq prezidenti vəfat etdi

Futzal Federasiyasının sabiq prezidenti vəfat etdi
XƏBƏR 29 Mart 2020 / 20:36 1637
-  A +

Azərbaycan futzalına ağır itki üz-üzə verib.

Qol.az xəbər verir ki, bu gün Azərbaycan Futzal Federasiyasının (AFF) İcraiyyə Komitəsinin (İK) üzvü Ağarza Rzayev 66 yaşında dünyasını dəyişib. Bu barədə federasiyasının rəsmi saytı məlumat yayıb.

Rzayev Ağarza Xanəhməd oğlu 1954-cü il yanvarın 22-də Bakı şəhərində anadan olub. 1971-ci ildə 173 saylı orta məktəbi bitirib. 1981-86-cı illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Müxtəlif illərdə “Spartak”, “Avtomobilçi” komandalarında futbol oynayıb. 1994-1999-cu illərdə futzal üzrə Azərbaycan milli komandasının rəisi, 1999-2008-ci illərdə Azərbaycan Futzal Federasiyasının prezidenti olub. 2013-2018-ci illərdə futzal üzrə ölkə çempionatının oyunlarına hakim-inspektor kimi təyinat alıb. 2018-ci ilin iyulundan AFF-nin İcraiyyə Komitəsinin üzvü olub.

Allah rəhmət eləsin!

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı