Ölkəsinə getmək üçün 200 min dollar xərclədi

Ölkəsinə getmək üçün 200 min dollar xərclədi
XƏBƏR 29 Mart 2020 / 19:40 3493
-  A +

PSJ-nin qapıçısı Keylor Navas ölkəsi Kosta-Rikaya qayıtmaq üçün böyük məbləğdə pul xərcləyib.
 
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, koronavirus pandemiyasına görə Fransada karantində olan qapıçı, ailəsinin yanında olmaq üçün ölkəsinə qayıdıb.
 
Navasın martın 27-də icarəyə götürdüyü təyyarə ilə Fransadan ayrıldığı, bunun üçün 200 min dollar pul ödədiyi bildirilib.
 
Qeyd edək ki, daha əvvəl PSJ-nin braziliyalı futbolçuları Neymar və Tiaqo Silva klubdan icazə alaraq, ölkələrinə qayıdıblar.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın