"Hücumçuya ehtiyac var" - Qara Qarayev

"Hücumçuya ehtiyac var" - Qara Qarayev
XƏBƏR 29 Mart 2020 / 16:24 3034
-  A +

“Yaxşı ki, varsınız, bizimləsiniz. Son zamanlar dünyada baş verən məsələ ilə bağlı danışmaq yox, məsləhətlərimi vermək istəyirəm".

Bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev klubun rəsmi "Facebook" səhifəsində canlı yayımda olarkən deyib.

28 yaşlı yarımmüdafiəçi tezliklə bu virusun bitəcəyini və məşqləri bərpa edəcəklərinə inandığını bildirib: "Mən də #evdəqal aksiyasına qoşulmuşam. Bütün günü evdə oluram. Məşqlərimə evdə davam edirəm. Sizə də məsləhətim odur ki, evdə qalın, sağlam olun. O demək deyil ki, yalnız özümüzü qoruyaq. Bununla həm də cəmiyyətimizdəki digər insanları qoruyursunuz. Sizdən xahşim odur ki, evdə qalın. Hamı karantini evdə keçirsə, bu xəstəliyə qalib gələ bilərik. Səbrli olun, evdəkiləri qoruyun, Allah amanında olun”

Qarayev "Komandaya hücumçu lazımdırmı" sualına belə cavab verib: "Hər mövqeyə oyunçu lazımdır, xüsusən də hücumçuya gərək var. Düşünürəm ki, klubun bu işlə məşğul olan heyəti daim axtarışdadır".

Təcrübəli yarımmüdafiəçi hazırkı şəraitdə avrokuboklarda uğurlu çıxış barədə düşünməyi məqsədəuyğun saymayıb: "Biz avrokuboklarda ölkəmizə, millətimizə komanda olaraq uğurlar qazandırmağa çalışmışıq. Avropa kubokları barədə danışmaq üçün tezdir. Sabah necə olacağını heç kim bilmir. Çempionat bərpa olunduqdan sonra bu barədə danışmaq olar".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı