"Bavariya" Noyeri Ter Ştegenlə əvəzləyir?

"Bavariya" Noyeri Ter Ştegenlə əvəzləyir?
DÜNYA FUTBOLU 24 Mart 2020 / 14:10 2649
-  A +

“Bavariya” “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegeni transfer etmək istəyir.

Qol.az “Diario Sport”a istinadən xəbər verir ki, Münhen təmsilçisinin qapıçısı Manuel Noyer klubun fəxri prezidenti Frans Bekkenbauerlə yaxşı münasibətdə deyil. Bunun alman qolkiperlə yeni müqavilə imzalanmasını çətinləşdirdiyi bildirilib. Bu səbəbdən də klub Almaniya millisinin digər qapıçısı Ter Ştegeni heyətinə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, ötən gün İspaniya mətbuatı Ter Ştegenin “Barselona”nın yeni müqavilə təklifini qəbul etmədiyini yazıb. Buna görə də onun karyerasını vətənində davam etdirmək ehtimalı var.

Son xəbərlər