"Premyer Liqada mövsümü bitirmək lazımdır"

"Premyer Liqada mövsümü bitirmək lazımdır"
DÜNYA FUTBOLU 23 Mart 2020 / 21:20 3238
-  A +

“Əgər icazə versələr, ən qısa vaxtda mövsümü bitirməliyik. Ən idealı bu olar. Əgər növbəti mövsüm yaxınlaşmışkən, bu mövsümü bitirə bilmiriksə, ən yaxşısı yenidən başlamaqdır”.

Qol.az xəbər verir ki, bu sözləri  İngiltərə millisinin sabiq üzvü Co Koul Britaniya mətbuatına açıqlamasında deyib.

38 yaşlı keçmiş yarımmüdafiəçi koronavirus epidemiyasına görə dayandırılan İngiltərə Premyer Liqasının bərpa edilməsinin tərəfdarı olmadığını bildirib:

“Əminəm ki, məndən daha ağıllı insanlar bu haqda düşünəcək və çıxış yolu tapacaq. Ancaq bu durumda bütün ölkə bir olmalıdır. 100 metrlik qaçışı 70 metrdə dayandırmaq çox mübahisə yaradır. İdmanda bir çox sürprizlə qarşılaşırıq. Premyer Liqanın dayandırılması qərarı bəzi klubların xeyrinə olacaqsa, bəziləri çox üzüləcək. Ancaq hazırda futboldan daha böyük şeylər təhlükədədir. İnsanların həyatından söhbət gedir”.

 


Son xəbərlər