Azərbaycan Premyer Liqası dayandırıldı - Rəsmi+Yenilənib

Azərbaycan Premyer Liqası dayandırıldı - Rəsmi+Yenilənib
ÖLKƏ FUTBOLU 13 Mart 2020 / 18:30 5902
-  A +

Azərbaycan Premyer Liqasında 21, 22-ci, 1-ci divizionda isə 20-ci turun oyunları təxirə salınıb.

Qol.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) saytı məlumat yayıb.

PFL prezidenti Ramin Musayev son günlər koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri  rəhbər tutaraq bununla bağlı əmr imzalayıb.

Təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə məlumat veriləcək.

Daha çox


Son xəbərlər