Alleqri yenidən "Yuventus"da?

Alleqri yenidən "Yuventus"da?
XƏBƏR 29 Fevral 2020 / 11:59 4007
-  A +

Massimiliano Alleqri yenidən "Yuventus"a rəhbərlik edə bilər.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu hazırkı çalışdırıcı Mourisio Sarrinin fəaliyyətindən razı deyil. Əgər komanda Çempionlar Liqasında mübarizəni dayandırarsa və A Seriyasının 26-cı turunda "İnter"ə məğlub olarsa, baş məşqçinin istefaya göndərilmə ehtimalı var.

Bu baş verəcəyi təqdirdə klub rəhbərliyi vəzifəyə Massimiliano Alleqrini gətirərək mövsümün sonunadək onun xidmətindən yararlanmağı, yayda isə "Mançester Siti"dən ayrılacağı gözlənilən Xosep Qvardiola ilə müqavilə bağlamağı planlaşdırır.

Qeyd edək ki, "Yuventus" M.Alleqrinin rəhbərliyi altında 5 dəfə ölkə çempionu olub.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq