Petresku mətbuat konfransına oyun qaydaları kitabı ilə gəldi - Şəkil

Petresku mətbuat konfransına oyun qaydaları kitabı ilə gəldi -  Şəkil
XƏBƏR 28 Fevral 2020 / 13:52 2142
-  A +

Avropa Liqasının 1/16 finalınını “Sevilya” – “CFR Kluj” cavab oyunundan (0:0) sonra qonaqların baş məşqçisi Dan Petresku maraqlı addım atıb.

Qol.az xəbər verir ki, o, mətbuat konfransına oyun qaydaları kitabı ilə gəlib. Rumıniyalı mütəxəssis 89-cu dəqiqədə qaydalar çərçivəsində qol vurduqlarını deyərək, kitabdan lazım olan hissəni jurnalistlərə oxuyub. Petresku mübarizəni məhz hakimlərə görə dayandırdıqlarını bildirib:

“Bunu anlamaq çətindir, çünki biz təmiz qol vurduq. Qaydalarda bu epizoda görə qolun sayılmalı olduğu yazılıb. Futbolçularım çox məyusdur. Heç kim bu qolu bizə qaytarmayacaq. “CFR Kluj”a qarşı haqsızlıq etdilər”.

Qeyd edək ki, komandalar arasında Rumıniyada keçirilən ilk görüşdə 1:1 hesablı bərabərlik qeydə alınmışdı.


Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı