"Barselona"nın baş məşqçisi "Real"ın oyununda

"Barselona"nın baş məşqçisi "Real"ın oyununda
DÜNYA FUTBOLU 27 Fevral 2020 / 14:17 3366
-  A +

"Barselona"nın baş məşqçisi Kike Setyen "Real"ın Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə ilk oyununu (1:2) canlı izləyib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis köməkçisi Eder Sarabiya ilə birgə La Liqanın 26-cı turunda qarşılaşacaqları Madrid klubunun matçını "Santyaqo Bernabeu" stadionundan izləyib.

Qeyd edək ki, "Real" - "Barselona" görüşü martın 1-i keçiriləcək.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı