Ramos ÇL-in tarixinə düşdü - Ən çox qovulmağa görə

Ramos ÇL-in tarixinə düşdü - Ən çox qovulmağa görə
XƏBƏR 27 Fevral 2020 / 12:07 2407
-  A +

"Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının tarixində ən çox qırmızı vərəqə alan oyunçular sırasına daxil olub.

Qol.az xəbər verir ki, ispan müdafiəçi son olaraq Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə ilk matçda (1:2) birbaşa qırmızı vərəqə görüb. Bununla da, o, ÇL-də 4 qırmızı vərəqə alan Zlatan İbrahimoviç və Edqar Davidsin rekordunu təkrarlayıb.

Bundan başqa, Ramos ÇL-də birbaşa üç qırmızı vərəqə alan ilk oyunçu olub.


Son xəbərlər