"Bu andan həzz ala bilərik" - Qvardiola

"Bu andan həzz ala bilərik" - Qvardiola
DÜNYA FUTBOLU 27 Fevral 2020 / 10:20 3613
-  A +

"Biz qələbə qazanmaq üçün gəlmişdik və bunu bacardıq. Ancaq bu, hələ birinci hissədir. Bu cür çətin vəziyyətdən çıxa biləcək klub "Real"dır. Qolu rəqib daha yaxşı oynayanda vurduq. Futbolda belə şeylər olur".

Qol.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında "Real"a səfərdə 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.

O, qələbə qazandıqları üçün qürur hissi keçirdiyini söyləyib: "Bir neçə mövsüm əvvəl 1/4 final mərhələsində “Liverpul”la "Enfild"dəki matçı xatırlayıram. İnanılmaz möhtəşəm oynasaq da, rəqibin qapıya vurduğu bütün zərbələr qol olurdu. Qələbə qazandığımız üçün qürur hissi keçirirəm. Ancaq biz hələ ilk addımı atmışıq. Hələ heç nə bitməyib. İndi bu andan həzz ala bilərik.  Bazar günü Liqa Kubokunun finalını gözləyirik. Premyer Liqada oynamağa davam edəcəyik.  Daha sonra isə “Real”la cavab matçına hazırlaşacağıq".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı