Səudiyyə Ərəbistanında inqilabi qərar

Səudiyyə Ərəbistanında inqilabi qərar
XƏBƏR 26 Fevral 2020 / 13:02 3857
-  A +

Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadın futbol liqası yaradılır.

Qol.az  AFR-ə istinadən xəbər verir ki, ilk mövsüm Ciddə, Ər-Riyad və Dəmmam şəhərlərində keçiriləcək.

Qeyd edək ki, 2018-cui ilə qədər bu ölkədə, ümumiyyətlə, qadınların stadionlara girişi qadağan idi. Amma şahzadə Məhəmməd ibn Salmanın müdaxiləsindən sonra bu məsələ aradan qaldırılıb.

2019-cu ildə Səudiyyə Ərəbistanında qadınlara ərlərinin razılığı olmadan xaricə getməyə, 2018-ci ildə isə maşın sürməyə icazə verilib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı