"Qarabağ"la oyundakı formamı divardan asmışam" - "Arsenal"ın futbolçusu

"Qarabağ"la oyundakı formamı divardan asmışam" -  "Arsenal"ın futbolçusu
XƏBƏR 26 Fevral 2020 / 10:32 3737
-  A +

“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyunu xatırlayıb.

Qol.az xəbər verir ki, 19 yaşlı futbolçu klubun saytına açıqlamasında "Qarabağ"la matçın onun üçün xüsusi bir görüş olduğunu və bunu heç vaxt unutmayacağını bildirib:

“Əsas komandasında debütüm ötən il Ukraynada oldu. Səfərdə oynadığımız üçün ailəm orada olmadı. "Emireyts"dəki matçda isə ailə üzvlərimin hamısı gəlmişdi.  Bu, 17 yaşımın tamamından bir neçə ay sonra "Qarabağ"la Avroliqa oyununda oldu. Bir gün əvvəldən meydana start heyətində çıxacağımı demişdilər. Həmin gecəni yata bilməmişdim. Hətta atam da yata bilmədiyini mənə söyləmişdi. Məni dəstəkləmək üçün oyuna gəlmişdilər. Matçdan sonra necə xoşbəxt göründüklərin xatırlayıram. Həmin qarşılaşmada geyindiyim formanı özümlə götürdüm, evdə divardan asmışam”.

Xatırladaq ki, 2018-ci il dekabrın 13-də Londonda keçirilən “Arsenal” - "Qarabağ" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı