Millinin baş məşqçisi ilə yeni müqavilə

Millinin baş məşqçisi ilə yeni müqavilə
DÜNYA FUTBOLU 25 Fevral 2020 / 21:50 2995
-  A +

İsveçrə Futbol Federasiyası yığmanın baş məşqçisi Vladimir Pektoviçlə müqaviləni uzadıb.

Qol.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssislə yeni müqavilənin müddəti DÇ-2022-nin sonuna kimi nəzərdə tutulub. Lakin İsveçrə millisi mundiala vəsiqə qazana bilməsə, müqaviləyə erkən xitam verilməsinə dair ilkin razılıq da əldə olunub.

Xatırladaq ki, Pektoviç İsveçrə yığmasını 2014-cü ildən çalışdırır. Komanda onun rəhbərliyi altında Avro-2016-nın, DÇ-2018-in iştirakçısı olub. İsveçrə millisi Avro-2020-nin də final mərhələsinə vəsiqə qazanıb.


Son xəbərlər