Salah "Liverpul"da 4-cü bombardir oldu

Salah "Liverpul"da 4-cü bombardir oldu
DÜNYA FUTBOLU 25 Fevral 2020 / 18:40 3605
-  A +

İngiltərə Premyer Liqasının 27-ci turunda “Vest Hem” üzərində qəəbə (3:2) “Liverpul” futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub. 

Qol.az xəbər verir ki, bu oyunda fərqlənən Salah, “Liverpul”la Premyer Liqadakı qollarının sayını 69-a çatdırıb.

Misirli hücumçu Mersisayd təmsilçisinin tarixində Premyer Liqada ən çox qol vuran 4-cü futbolçudur. Salah bu göstəricidə “Liverpul”un sabiq hücumçusu Luis Suaresə çatıb. “Qırmızılar”ın tarixində Premyer Liqada ən çox qol vuran isə Robbi Faulerdir – 128 qol.


Son xəbərlər