“Dieqo Kosta şalvarını çıxarıb, onun üzünün üstə oturdu”

“Dieqo Kosta şalvarını çıxarıb, onun üzünün üstə oturdu”
DÜNYA FUTBOLU 25 Fevral 2020 / 16:51 4434
-  A +

“Çelsi”nin sabiq qapıçısı Martsin Bulka bu komandanın keçmiş oyunçusu, hazırda “Atletiko”da çıxış edən Dieqo Kostanın qəribə davranışları barədə açıqlama verib.

Qol.az xəbər verir ki, o, xarici mediaya müsahibəsində deyib:

“Bir dəfə məşqdə Çaloba  aldığı zərbədən qazona yıxıldı. Kosta elə düşündü ki, o, yalandan edir və bu zaman ispanca ağzına nə gəldi, deməyə başladı. Sonra isə o, idman şalvarını çıxararaq Çalobanın üzünün üstə oturdu. Sonra isə durub qaçmağa başladı. Mən belə şey görməmişdim”.


Son xəbərlər