"Bu mövsümün ən vacib qolunu vurdum" - Almeyda

"Bu mövsümün ən vacib qolunu vurdum" - Almeyda
XƏBƏR 25 Fevral 2020 / 15:59 2986
-  A +

"Çempionatda irəliləmək və titul qazanmaq üçün əla şansımız var. Bu fürsətdən istifadə etməliyik".

Qol.az xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunda çıxış edən millimizin üzvü Riçard Almeyda yerli "Emirates Today" nəşrinə açıqlamasında deyib.

O, "Prezident kuboku"nun 1/4 final mərhələsində "Şabab Əl-Əhli" oyunda (1:0) komandasının qələbə, özünün isə ilk qolunu vurması haqda da danışıb: "Baniyas"ın bu mövsüm üçün ən vacib qoluna imza atdım. "Əl-Əhli" kimi böyük klubu məğlub etməyin ayrı ləzzəti var.  Ötən həftə yaxşı məşq etmişdik. Hamının bütün fikri kubokda mərhələ adlamaq idi. Təbii ki, qələbədə əsas rolu Şefer oynadı".

Almeyda bu mövsüm əsas hədəflərimizdən biri Asiya Çempionlar Liqasına vəsiqə qazanmaq olduğunu söyləyib: "Çempionatda birdən-birə titul qazanmaq barədə düşünməməliyik. Kubokda ağır oyun keçirərək yarımfinala vəsiqə qazanmışıq. Addım-addım irəliləməli, hər oyuna ciddi yanaşmalıyıq".

Qeyd edək ki, R.Almeyda qış transfer pəncərəsində "Qarabağ"dan ayrılaraq Birləşmiş Ərəb Əmirliklərinin klubuna transfer olunub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın