"Səbail"in legioneri Rayan Giqqzlə görüşdü

"Səbail"in legioneri Rayan Giqqzlə görüşdü
XƏBƏR 25 Fevral 2020 / 14:18 2571
-  A +

"Səbail"in futbolçusu Maykl Essyen Bakıda səfərdə olan Uels millisinin baş məşqçisi Rayan Giqqzlə görüşüb.

Qol.az xəbər verir ki, bu barədə qanalı yarımmüdafiəçi özünün "İnstagram" səhifəsində paylaşım edib.

46 yaşlı mütəxəssislə fotosunu paylaşan afrikalı oyunçu bu sözləri yazıb: "Səninlə yenidən qarşılaşmaq əla oldu, Rayan Giqqz".

Qeyd edək ki, Giqqz Avro-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarla əlaqədar Azərbaycana gəlib. Onun başçılıq etdiyi nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord