Ramil Şeydayev "Sabah"da debüt etdi

Ramil Şeydayev "Sabah"da debüt etdi
XƏBƏR 23 Fevral 2020 / 17:50 3656
-  A +

Millimizin futbolçusu Ramil Şeydayev yeni klubu "Sabah"da debüt edib.

Qol.az xəbər verir ki, 23  yaşlı hücumçu Azərbaycan Premyer Liqasının 18-ci turunda hazırda davam edən "Səbail"lə matçda meydana çıxıb. O, 89-cu dəqiqədə Təmkim Xəlilzadəni əvəzləyib.

Xatırladaq ki, Ramil son dəfə 2017/18 mövsümünün mayında "Qarabağ"la Premyer Liqa oyununa çıxmışdı.

Qeyd edək ki, R.Şeydayev bu ay "Sabah"la bu mövsümün sonuna kimi müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı