Eden Hazard yenə zədələndi

Eden Hazard yenə zədələndi
XƏBƏR 23 Fevral 2020 / 09:56 3196
-  A +

“Rea”ın hücumşusu Eden Hazard zədələnib.

Qol.az xəbər verir ki, belçikalı futbolçu dünən La Liqanın “Levante”yə qarşı keçirilən 25-ci turunun oyununda (0:1) 67-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Hazard bundan əvvəl də zədəli olmuşdu. Bu səbəbdən o, hazırkı mövsümdə cəmi 10 çempionat oyununda meydana çıxıb.

"Real"ın baş məşqçisi Zinəddin Zidan oyundan sonra keçirilən mətbuat konfransında Hazardın topuğundan ciddi zərbə aldığını deyib. O, zədənin ciddi ola biləcəyini söyləyib: "Sabah (bu gün - red.) tibbi müayinədən sonra hər şey aydınlaşacaq". 


Son xəbərlər