“Kloppla Qvardiolanı birləşdirsən...” – Levandovskidən açıqlama

“Kloppla Qvardiolanı birləşdirsən...” – Levandovskidən açıqlama
XƏBƏR 22 Fevral 2020 / 12:41 3860
-  A +

“Bavariya”nın hücumçusu Robert Levandovski sabiq məşqçisi Xosep Qvardiola barədə fikirlərini bildirib.

Qol.az “The Guardian”a istinadən xəbər verir ki, polşalı hücumçu Münhen klubunda birgə çalışdığı Pep barədə müsbət fikirlər səsləndirib:

“Mən ondan çox şey öyrənmişəm. Taktika barədə xeyli söhbətimiz olub. Bu, mənim üçün yeni bir şey idi. Bilirdim ki, onun hücumçularla bağlı taktiki ideyaları üzərində oynaya bilsəm, faydalı olar”.

Yurgen Klopp – Qvardiola müqayisəsinə də toxunan Levandovski deyib: “Onlar fərqli məşqçilərdir. Amma ikisini birləşdirsən, ideal bir nümunə alınar”.


Son xəbərlər