"Barselona" yeni qapıçı alır?

"Barselona" yeni qapıçı alır?
XƏBƏR 22 Fevral 2020 / 10:26 4214
-  A +

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu "Ayaks"ın və Kamerun millisinin qapıçısı Andre Onananı almaq istəyir.

"Barselona"nın yetirməsi olan 23 yaşlı qolkiperlə "Çelsi"nin də maraqlandığı bildirilib.

Qeyd edək ki, 2016-cı ildən Niderland klubunda çıxış edən A.Onana bu mövsüm yerli çempionatda 20 matça çıxıb və qapısında 17 qol görüb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi