"Hamı "Qarabağ"a məğlubiyyətimizə məyus oldu"

"Hamı "Qarabağ"a məğlubiyyətimizə məyus oldu"
XƏBƏR 22 Fevral 2020 / 10:16 6695
-  A +

Lüksemburqun "Düdelanj" komandasının baş məşqçisi Bertran Krasson "Lequotidien" nəşrinə müsahibə verib.

49 yaşlı mütəxəssis çempionatdakı vəziyyətdən və avrokuboklardakı oyunlardan da danışıb.

Belçikalı məşqçi "Qarabağ"a evdə 1:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci tur matçından sonra azarkeşlərin məyus olduğunu vurğulayıb: "Qrup mərhələsinin ilk turunda APOEL-i 4:3 hesabı ilə məğlub etdik. Nikosiyadakı qələbəmizdən sonra hər kəs Lüksemburqda "Qarabağ"ı məğlub edə biləcəyimizi düşünürdü.  Amma uduzduq. Hamı məğlubiyyətimizdən sonra məyus oldu".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının A qrupunu 5 xalla 3-cü, "Düdelanj" isə 4 xalla 4-cü sırada bitirib.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq