Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu
DÜNYA FUTBOLU 21 Fevral 2020 / 15:57 2538
-  A +

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu məlum olub.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holanddır. O, azarkeşlər arasında aparılan səsvermədə Renan Lodi ("Atletiko"), Hans Hatebur ("Atalanta")və Huqo Llorisi ("Tottenhem") qabaqlayıb.

Qeyd edək ki, 19 yaşlı norveçli futbolçu komandasının PSJ-ni 2:1 hesabıyla məğlub etdiyi matçda dubl edib.


Son xəbərlər