Özil Londonda qaldı - Ata olacaq

Özil Londonda qaldı - Ata olacaq
DÜNYA FUTBOLU 20 Fevral 2020 / 15:53 2779
-  A +

"Arsenal"ın futbolçusu Məsut Özil Avropa Liqasının 1/16 finalında bu gün keçiriləcək "Olimpiakos"la səfər oyununu buraxacaq.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, türkəsilli alman yarımmüdafiəçi baş məşqçi Mikel Artetanın icazəsi ilə  Londonda qalıb. O, yaxın günlərdə uşaq dünyaya gətirəcək həyat yoldaşı Emina Gülşenin yanında olmaq üçün bu addımı atıb.

Özilin "Everton"a qarşı fevralın 23-cü İngiltərə Premyer Liqasında keçiriləcək matça kimi komandaya qayıdacağı gözlənilir.

Qeyd edək ki, M.Özil bu mövsüm 20 matçda 1 qol vurub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı