Nazim Olimpiadaya vəsiqə qazandı

Nazim Olimpiadaya vəsiqə qazandı
XƏBƏR 20 Fevral 2020 / 09:50 1778
-  A +

Azərbaycan atleti  Nazim Babayev Fransanın Lievin şəhərində keçirilən atletika üzrə “Meeting Hauts de France pas de Calais” beynəlxalq turnirində iştirak edib.

Qol.az  xəbər verir ki, üç təkanla tullanma növündə mübarizə aparan 23 yaşlı idmançı yarışda 17,15 metr nəticə göstərərək “Tokio 2020” lisenziya qazanıb.O, bu nəticə ilə gümüş medala yiyələnib və olimpiadaya lisenziya üçün nəzərdə tutulan normativi (17,14) keçib.

Qeyd edək ki, N.Babayev fevralın 15-də İstanbulda keçirilən Balkan çempionatında qızıl medal qazanmışdı.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı