Daha bir klub Jiru ilə danışığa başladı

Daha bir  klub Jiru ilə danışığa başladı
DÜNYA FUTBOLU 19 Fevral 2020 / 16:22 3517
-  A +

İtaliyanın “Latsio” klubu “Çelsi”nin futbolçusu Oliviye Jirunu heyətinə cəlb etməyi planlaşdırır.

Qol.az “Tuttomercato”ya istinadən xəbər verir ki, Roma təmsilçisi 33 yaşlı hücumçunun meneceri ilə görüşərək müzakirə aparıb. Futbolçunun bu ilin yayında “Çelsi” ilə müqaviləsinin başa çatması və azad agent sutatusuna malik olacağı onun müştərilərini artırır. Milan “İnter”i də fransalı forvardla danışıq aparır.

Qeyd edək ki, Jiru bu mövsüm “Çelsi”də cəmi 8 oyuna çıxıb və 1 qol vurub. Qış transfer dövründə bir çox İtaliya klubu onunla maraqlansa da, Jiru “Çelsi”də qaldı.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı