Son əməliyyat olunacaq

Son əməliyyat olunacaq
XƏBƏR 18 Fevral 2020 / 15:48 1530
-  A +

"Tottenhem"in futbolçusu Son Hın Min əməliyyat olunacaq.

Qol.az klubun saytına istinadən xəbər verir ki, koreyalı hücumçunun sağ əlindəki sınığa görə əməliyyata ehtiyac duyulub. Onun zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Beləliklə, Son Çempionlar Liqasının 1/8 finalında sabah keçiriləcək "Leyptsiq"lə matçı dəqiq buracaq.

Xatırladaq ki, 27 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 26-cı turunda "Aston Villa" ilə görüşdə zədələnib.

Qeyd edək ki, Hın Min bu mövsüm İngiltərə Premyer Liqasında 21 matçda 9 qol vurub, 8 qolun ötürməsini verib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı