“Sabah”ın yeni transferi Ramil Şeydayev milli komandamızın yeni baş məşqçisi ilə bağlı müzakirələrə qoşulub.
Qol.az xəbər verir ki, İTV-də yayımlanan “Bol idman” verilişində millimizin 23 yaşlı hücumçusu bu məsələyə münasibətini açıqlayıb. “Baş məşqçi kimi görmək istəyirsiniz” sualına cavabında Şeydayev deyib:
“Mənim üçün geniş mənada millinin baş məşqçisinin kim olacağı önəmli deyil. Mənim işim oynamaqdır. Uğur qazanmaq üçün çox şey məşqçidən asılıdır. Amma ona da yaxşı material lazımdır. Əgər hamımız millinin oyununa yüz faiz köklənə bilsək, məşqçi üçün də rahat olar”.
R.Şeydayev daha sonra qeyd edib ki, əgər ondan asılı olsa, millidə “Qarabağ”ın kapitanı Rəşad Sadıqovu məşqçi görmək istəyər: “Rəşad karyeranı bitir, milliyə gəl (gülür)... Mən onu millidə görmək istəyərəm. İnanıram ki, bu iş gələcəkdə onda alınar. Mən onunla millidə və “Qarabağ”da oynamışam. Onun məşqçi kimi üstünlüyü müasir futbola yanaşmasıdır. Azərbaycanda bir çox məşqçi köhnə dövrdə oynayıb. Onlar üçün indi çətindir. Rəşad isə gənc məşqçidir, komandasına müasir futbolu oynada bilər. Şəxsi fikrim belədir ki, o, yaxşı mütəxəssis ola bilər. Çoxları düşünür ki, onun millidə komandalarda təcrübəsi yoxdur. Əgər hətta indi gəlsə - düzdür, indi gələ bilməz, çünki oynayır – amma 2 il sonra gəlsə, onda yaxşı alınar”.
Qeyd edək ki, verilişdə R.Şeydayevin “Sabah”a transferindən də danışılıb.
Verilişin millinin baş məşqçi məsələsi ilə bağlı hisssəsinə isə aşağıda təqdim olunan videonun 34.35-ci dəqiqəsindən başlayaraq 39.00-cı dəqiqəyə qədər olan hissəsində baxa bilərsiniz.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video