"Barselona" bu həftə hücumçu alır - 20 milyon avroya

"Barselona" bu həftə hücumçu alır - 20 milyon avroya
DÜNYA FUTBOLU 18 Fevral 2020 / 10:18 4148
-  A +

"Barselona" bu həftə "Leqanes"in futbolçusu Martin Breytueyti transfer edə bilər.

Qol.az "Cadeno Cope"yə istinadən xəbər verir ki, bunun üçün Kataloniya klubu 28 yaşlı hücumçunun təzminat qiyməti olan 20 milyon avro ödəməyə hazırlaşır. Onun zədəli Usman Dembele və Luis Suaresi əvəz edəcəyi bildirilib.

Qeyd edək ki, La Liqa rəhbərliyi "Barselona"nın 15 gün ərzində yeni futbolçu almağına icazə verib. Ancaq həmin oyunçu İspaniya çempionatında oynamalıdır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord