"Azərbaycan klubları bütün pulu yayda xərcləyirlər"

"Azərbaycan klubları bütün pulu yayda xərcləyirlər"
XƏBƏR 17 Fevral 2020 / 15:38 3521
-  A +

"Azərbaycanda "Sabah" klubunu çalışdırıram.  "Rudes"dən ayrıldıqdan sonra Zaqreb "Dinamo"sunun əvəzedici komandasında işlədim. Orada Dani Oymo, İvan Şunyiç və Yosip Brekalo kimi istedadlı futbolçuların üzə çıxmasında yaxından iştirak etdim”.

Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç deyib. Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan klublarının transfer siyasəti haqda danışıb: 

"Burada problem ondan ibarətdir ki, klublar bütün pulu yay "transfer pəncərəsi"ndə xərcləyirlər. Bundan sonra isə yeni komanda formalaşdırmaq mümkün olmur. Əlində olan oyunçularla kifayətlənməlisən. Qarşıya qoyulan vəzifəyə çatmaq üçün mübarizəmizi davam etdiririk. Burada vəziyyət Fransa və İspaniyadakı kimi deyil. Məsələn, siz öz büdcənizi yaxşı idarə etməlisiniz”.

Sopiç "Sabah"ın fransalı futbolçuları Kevin Kubemba və Amadu Diallo haqda da fikirlərini bildirib: "Kubembanın ayağı sındığı üçün onu hələlik yalnız məşqlərdə görürəm. Diallo isə yaxşı reaksiyası olan sürətli futbolçudur. Sadəcə, atasının ölümünə görə şəxsi problemləri səbəbindən istədiyimiz oyunu göstərə bilmirdi".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı