“Özümü tam olaraq vladiqafqazlı kimi hiss edirəm. AFFA-dan mənə zəng vuraraq demişdilər ki, 1995-ci il təvəllüdlü futbolçulardan yeni komanda qururlar".
Qol.az xəbər verir ki, bu sözləri 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü David Qarayev deyib.
Rusiyanın “Kamaz” klubunun futbolçusu yerli mətbuata açıqlamasında yığmamızdan dəvət aldığı dönəmi xatırlayıb. O, artıq Rusiya vətəndaşlığı aldığını bildirib: "Həmin vaxt bir çox əcnəbini, məsələn, ukraynalıları milliləşdirdilər. O vaxt Avropa çempionatına qatıldıq və Rusiya Futbol İttifaqı üçün yəqin ki, səhvən legioner sayıldım. Çünki Azərbaycanın gənclərdən ibarət komandasında bir neçə oyun keçirmişdim. Mən isə yalnız Rusiya vətəndaşlığını istəyirdim. Belədə mənə daha asan olurdu. Bu vəziyyətdə vətəndaşlığı geri qaytarmaq çətindir. Ancaq Azərbaycan tərəfi buna razılıq verdi”.
Qeyd edək ki, David Qarayev 2013-cü ildə U-18 yığmamızın heyətində yoxlama görüşündə iştirak edib.
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr
"Roma" De Rossi ilə bağlı qərarı rəsmən açıqladı