"Poqba “Mançester"in futbolçusudur, Rayolanın yox" - Sulşer

"Poqba “Mançester"in futbolçusudur, Rayolanın yox" -  Sulşer
DÜNYA FUTBOLU 17 Fevral 2020 / 12:40 2245
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer futbolçusu Pol Pogbanın “Yuventus”a keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, “goal.com”a açıqlamasında fransalı yarımmüdafiəçinin agenti Mino Rayolanın Poqbanın Turin klubu ilə danışıq aparması ilə bağlı dediyi sözlərə də cavab verib:

“Mən Rayola ilə Pol haqda danışmamışam. Poqba “Mançester Yunayted”in futbolçusudur, Rayolanın yox. O, sağalanda komandaya kömək etmək üçün meydana çıxacaq və əminəm ki,  yenidən komandamız üçün oynamaq istəyəcək".

Sulşer zədəli Poqbanın meydana qayıdacağı vaxtın hələlik məlum olmadığını da qeyd edib: “Poqba bilir ki, əvvəlki formasını bərpa etmək üçün çox çalışmalıdır. Əlbəttə, ən yaxşı futbolçunun zədələnməsi xoşagəlməz haldır. Ancaq bu da futbolun bir hissədir”.



Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"