“Sadəcə, vau...” - Klopp şokdadır

“Sadəcə, vau...” - Klopp şokdadır
XƏBƏR 16 Fevral 2020 / 11:13 6885
-  A +

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Siti”nin Avropa kuboklarından uzaqlaşdırılması haqda qərara münasibət bildirib.

Qol.az BBC-yə istinadən xəbər verir ki, o, bundan təəssüfləndiyini söyləyib:

“Bu, mənim üçün əsl şok oldu. Sadəcə, vau... Mən “şəhərlilər”in futbol meydanındakı çıxışına qiymət verə bilərəm. Digər məsələlər barədə isə məlumatsızam. Həqiqətən Pepə və futbolçularına görə təəssüflənirəm. Amma artıq olan olub. İndi apelyasiya verə bilərlər. Ona görə də gözləyək. Belə görünür ki, vəziyyət ciddidir. Amma onların oyunu heç vaxt unudulmayacaq”.

Xatırladaq ki, UEFA maliyyə feyr-pley qaydasını pozduğu üçün “Mançester Siti”ni qarşıdakı 2 mövsüm üçün Avropa kuboklarından uzaqlaşdırıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord