"Qəbələ" ilə xal fərqini artırmalıyıq" - Rahid Əmirquliyev

"Qəbələ" ilə xal fərqini artırmalıyıq" - <b style="color:red"> Rahid Əmirquliyev</b>
ÖLKƏ FUTBOLU 14 Fevral 2020 / 16:32 1217
-  A +

"Səbail"in kapitanı Rahid Əmirquliyev Premyer Liqanın 17-ci turunda "Qəbələ" ilə keçiriləcək oyun haqda danışıb.

Qol.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında sonuncu pillədə olan rəqiblə xal fərqini artırmalı olduqlarını bildirib:

"Komandada hamı "Keşlə"yə qarşı oyunda qazandığımz üç xal ilə razıdır. Növbəti oyunlarda da, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Fkirlərimiz növbəti turda "Qəbələ" ilə matça yönəlib. Bu, bizim üçün vacib oyundur, "Qəbələ" ilə xal fərqini artırmalıyıq".

Qeyd edək ki, fevralın 16-da keçiriləcək "Səbail" - "Qəbələ" matçı saat 16:30-da başlayacaq.
 

Daha çox


Son xəbərlər
23.02.20  15:51

Millimiz 0:7 uduzdu

23.02.20  10:15

Ronaldo 1000-ə çatdı