Seçkidə qələbəsi açıqlanan idman adamları – İlk dəfə parlamentə düşdülər

Seçkidə qələbəsi açıqlanan idman adamları – İlk dəfə parlamentə düşdülər
ÖLKƏ FUTBOLU 10 Fevral 2020 / 12:10 7671
-  A +

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

Qol.az xəbər verir ki, ilkin nəticələr barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

125 dairə üzrə keçirilən seçkilərdə lider namizədlər arasında Azərbaycan idmanını təmsil edən şəxslər də var.

İlkin məlumata görə, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Azərbaycan Kikboks Federasiyasının prezidenti Adil Əliyev, Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və  Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Avropa Olimpiya Komitəsinin "İdmanda Gender Bərabərliyi" Komissiyasının üzvü Könül Nurullayeva seçkidə qalib gəliblər.
 
Rauf Əliyev 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə (11 min 609 səs - 47,5 faiz), Adil Əliyev 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə (12 min 621 səs (60 faiz), Nigar Arpadarai 29 saylı Səbail seçki dairəsi üzrə (5 min 214 səs (42,3 faiz),Könül Nurullayeva isə 24 saylı Nizami birinci seçki dairəsi üzrə (8 min 984 səs (46,1 faiz) birinci olublar.

Bundan başqa, 79 saylı İmişli Seçki Dairəsində “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev 23,7 faiz səslə liderdir. Bu dairədə qalib hələ açıqlanmayıb və səslərin sayılması davam edir. MSK-nın məlumatına görə, saat 7-yə kimi bu dairə üzrə 43 məntəqədən 35-nin səsləri sayılıb.

Qeyd edək ki, Nigar Arpadarai və Könül Nurullayeva ilk dəfədir parlament seçkilərinə qatılıb. Rauf Əliyev və Adil Əliyev isə bundan əvvəlki Milli Məclisə seçkilərdə də qalib gəliblər.

Daha çox


Son xəbərlər