"Çox göylərə qalxmaq lazım deyil" - Zaur Həşimov

"Çox göylərə qalxmaq lazım deyil" - <b style="color:red">Zaur Həşimov </b>
PREMYER LİQA 8 Fevral 2020 / 19:54 2256
-  A +

 "Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Qol.az xəbər verir ki, o, əvvəlcə bunları deyib: "Oyun göstərdi ki, Ayxan Abbasovun adı əbəs yerə milliyə namizəd göstərilməyib. Həqiqətən də bizi üstələdilər. Bu, yerində olan məğlubiyyət idi. Çox göylərə qalxmaq lazım deyil. Əsas oyunlar bundan sonra olacaq. Sumqayıtlı olmağım məndə dərin hisslər yaratmayıb".

Z.Həşimov qırmızı vərəqə alan oyunçularının məsələsinə klubdaxili iclasda baxacağını söyləyib: "Komanda 9 nəfərlə qaldıqdan sonra daha inamlı təsir bağışladı. Bu, xoşuma gəldi".

 

Daha çox


Son xəbərlər
08.08.20  10:08

Ronaldodan yeni rekord