"Azərbaycanla oyunda vacib 2 xal itirdik" - Zlatko Daliç

"Azərbaycanla oyunda vacib 2 xal itirdik" -  Zlatko Daliç
ÖLKƏ FUTBOLU 29 Yanvar 2020 / 15:26 2676
-  A +

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avro-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan yığması ilə keçirdikləri oyunu xatırlayıb.

Qol.az xəbər verir ki, o, FİFA-nın rəsmi saytına müsahibəsində Bakıda vacib iki xal itirdiklərini bildirib:

"Tez-tez deyirəm ki, birlik qrupun ən vacib keyfiyyətidir. Bu, təsnifat mərhələlərində bir daha özünü göstərdi. Avro-2020-nin seçmə mərhələsində bir neçə uğursuz nəticəmiz oldu. Macarıstanda uduzduq və Azərbaycan millisi ilə oyunda vacib 2 xal itirdik. Ancaq reaksiya hər zaman fantatik idi. Budapeştdəki məğlubiyyətdən sonra Uelslə görüşdə qələbə qazandıq və Slovakiyanı 4 cavabsız qolla məğlub edərək parlaq oyun keçirdik. Kapitanımız Luka Modriçin də həmin çətin vaxtlarda liderliyi öz üzərinə götürməsi çox önəmli idi. O, digər nisbətən yaşlı futbolçularla birgə bütün komandaya inam verirdi" - Daliç deyib.

Xatırladaq ki, Xorvatiya millisi seçmə mərhələnin 6-cı turunda Bakıda yığmamızla 1:1 bərabərə qalıb.  Daliçin komandası qrupu lider kimi başa vuraraq Avro-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı