Millimizin baş məşqçi vəzifəsinə namizəd 5 məşhur - Adlar

Millimizin baş məşqçi vəzifəsinə namizəd 5 məşhur -  Adlar
ÖLKƏ FUTBOLU 28 Yanvar 2020 / 22:50 11615
-  A +

Azərbaycan millisinin baş məşqçi vəzifəsinə 32 namizəddən 5-nin adı məlum olub.

Qol.az xəbər verir ki, bu, AFFA-nın yeni icraçı vitse-prezidenti Elxan Məmmədovun keçirdiyi mətbuat konfransı zamanı müəyyənləşib.

İTV telekanalı Elxan Məmmədovun əlində olan dəftərdən millinin baş məşqçi vəzifəsinə namizəd olan bir sıra mütəxəssislərin adını lentə ala bilib.

Onların adlarını isə telekanalın əməkdaşı Tural Dadaşov açıqlayıb. Namizədərdən 3-ü italiyalı -  Canni Di Byazi, Luici Di Byaco və Çezare Prandelli, belaruslu Oleq Kononov və serbiyalı Branko İvankoviçdir.

Qeyd edək ki, İcraiyyə Komitəsinin 15 gündən sonra keçiriləcək növbəti iclasınadək namizədlərin sayı 15-ə endiriləcək və yekun qərar qəbul olunacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord