Klopp Brayantın ölümü haqda

Klopp Brayantın ölümü haqda
DÜNYA FUTBOLU 28 Yanvar 2020 / 19:30 3793
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp helkiopter qəzası nəticəsində dünyasını dəyişən məşhur basketbolçu Kobe Brayant haqda danışıb.

Qol.az  Britaniya mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis amerikalı idmançının fanatı olduğunu söyləyib: "Mən həqiqətən bu xəbərdən şoka düşdüm. Bir dəfə onunla görüşdük, birgə selfi çəkdirdik. Kobenin böyük fanatı idim. O, xeyriyyəçiliklə məşğul idi, idmanı təbliğ edirdi. Kobenin aramızdan ayrılması bizə parlaq həyatda işlərin nə qədər tez pozula biləcəyini göstərdi".

Xatırlladaq ki, K.Brayant 2 gün əvvəl Kaliforniyada helikopter qəzası nəticəsində qızı Cianna ilə birgə dünyasını dəyişib.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı