Ben Arfanın yeni klubu

Ben Arfanın yeni klubu
DÜNYA FUTBOLU 28 Yanvar 2020 / 14:30 3904
-  A +

Hatem Ben Arfa La Liqa təmsilçisi "Valyadolid"ə transfer olunub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə bu mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Ben Arfa ötən mövsüm "Renn"də oynayıb və 41 matçda 9 qol vurub, 3 qolun ötürməsini verib. O, ötən ilin yayından azad agent idi.

Xatırladaq ki, Ben Arfa PSJ, "Nyukasl", "Marsel" kimi klublarda da oynayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın