AFFA ötən ilin gəlir və xərclərini açıqladı

AFFA ötən ilin gəlir və xərclərini açıqladı
XƏBƏR 28 Yanvar 2020 / 10:53 1872
-  A +

AFFA-nın gəlirləri 2019-cu ildə 29 milyon 948 min 618 manat təşkil edib.

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın hesabat seçki konfransında qurumun rəsmisi Xalid Cavadov məlumat verib. O bildirib ki, xərclər 23 milyon 423 min 308 manat olub.

X. Cavadov ötən ilin mayında Bakı Olimpiya Stadionunda keçirilən “Çelsi” - “Arsenal” qarşılaşmasının təşkilinə 13 milyon 333 min 491 manat xərcləndiyini də söyləyib.


Son xəbərlər