“Şamaxıda yeni stadion tikiləcək” - Rövnəq Abdullayev

“Şamaxıda yeni stadion tikiləcək” - Rövnəq Abdullayev
ÖLKƏ FUTBOLU 28 Yanvar 2020 / 10:26 3763
-  A +

AFFA-nın növbəti konfransı keçirilir.

Qol.az xəbər verir ki, tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov iştirak edir.

Tədbiri giriş sözü ilə Rövnəq Abdullayev açıb. Qurum rəhbəri bildirib ki, tədbirə FİFA və UEFA-nın nümayəndələri qatılıb. Daha sonra isə Azad Rəhimov ötən il Bakıda keçirilən Avropa Liqası finalından və paytaxtımızda baş tutacaq “AÇ-2020”nin 4 oyunundan danışıb.

Rövnəq Abdullayev çıxış edərək AFFA-nın illik hesabatını məruzə edib: “Bir çox stadionlarda dəyişiklik olub. Arenaların əksəriyyəti təbii ot örtüyünə keçib. Şamaxı şəhərində yeni stadion tikilməsi nəzərdə tutulub. Buna başlanılacaq” (Qafqazinfo).

Daha çox


Son xəbərlər