"Toplanış bizim xeyrimizə oldu" - Samir Əliyev

"Toplanış bizim xeyrimizə oldu" - Samir Əliyev
ÖLKƏ FUTBOLU 27 Yanvar 2020 / 21:26 1644
-  A +

“10 günlük təlim-məşq toplanışında sonuncu oyunumuz idi. Şimali Makedoniya yığması ilə ilk qarsılaşmadan fərqli olaraq, bu dəfə əsas heyətdə yeddi dəyişiklik etmişdik. Sevindirici haldır ki, məğlub olmağımıza baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirib, sonda qələbə qazandılar".

Qol.az xəbər verir ki, bu sözləri  Azərbaycanın U-19 komandasının baş məşqçisi Samir Əliyev Türkiyənin Antalya şəhərində Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə növbəti yoldaşlıq oyunundan (2:1)  sonra AFFA-nın saytına deyib.

"Ümumi toplanışa gəlincə, bundan maksimum yararlanmağa çalışdıq. Fikrimcə, toplanış bizim xeyrimizə oldu. Qazaxıstanla qarşıdakı oyunlara hazırlaşırıq. Həmin toplanışa 4-5 yeni futbolçu çağırmağı planlaşdırırıq. Çempionatın oyunlarını izləyəcəyik. Millinin qapısı ilk növbədə nizam-intizamı ilə seçilən, bu formanı geyinməyə layiq olan bütün futbolçuların üzünə açıqdır” - deyə o bildirib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord